Gürcüstan həbsxanalarında Qurban bayramı münasibətilə sovqat göndərmək mümkün olacaq

51

Gürcüstan həbsxanalarında Qurban bayramı münasibətilə sovqat göndərmək mümkün olacaq.

Gürcüstan Müsəlmanları İdarəsi əvvəlki bayramlarda olduğu kimi, bu Qurban bayramında da müsəlman məhkumlara bayram süfrəsi çatdırılması ilə əlaqədar Xüsusi Penitensiar Xidmətə müraciət ünvanlayıb.

Qeyd edək ki, Xüsusi Penitensiar Xidmət İdarənin müraciətinə müsbət cavab verərək, öz hüquqları çərçivəsində və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, 9-10 iyun tarixlərində aşağıda sadalanan ərzaq məhsullarının cəzaçəkmə müəssisələrinə daxil edilməsinə icazə verib.

Qurban bayramı münasibətilə müəssisələrə gətirilməsinə icazə verilən ərzaqlar:

Bişmiş ət – 3 kiloqram.
Aş (plov) – 2 kiloqram.
Ağartı (pendir) – 2 kiloqram.
Kişmişlə bəzədilmiş tort və keks.
Qızardılmış və qaynadılmış toyuq əti.

Pomidor-xiyar-3 kq.

Təzə meyvələr-5 kq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə Cümə Məscidində təbrik edib
Öncəki yazı
6 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur