This is a specific ad

Gürcüstan hökuməti bəyanat yayıb

113

Another advertisement

“Təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyətləri sovet təfəkküründən qurtula bilməyiblər”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin  bəyanatında deyilir və bununla da  tətbiqlərə cavab verilir.

“Hamıya məlumdur ki, Estoniya və Litva bu gün Avropa İttifaqında ən məhdud suverenliyə malik olan və hökumətləri öz xalqlarının maraqlarına uyğun olmayan, xarici dövlətin administrasiyasının diktəsi ilə hərəkət edən dövlətlərdir. Adıçəkilən dövlətlərin hökumətlərinin öz ləyaqətinə zidd addımlar atmağa məcbur olmasının əsas səbəbi də budur. Çox təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyətləri sovet təfəkküründən qurtula bilməyiblər.

Dost Estoniya və Litva xalqlarımıza 2025-ci ildə suverenliyin möhkəmlənməsini və ən yaxşısını arzulayırıq!

Məlumat üçün bildirək ki, Estoniya və Litva hökumətləri Gürcüstan vətəndaşlarına qarşı sanksiyaları uzadıb və digər rəsmi şəxslərlə birlikdə baş nazir İrakli Kobaxidzeyə də sanksiya tətbiq edib. Estoniyanın xarici işlər naziri Marqus Çaqnanın sözlərinə görə, Estoniya Gürcüstanın daha 14 rəsmisinə, Litvanın xarici işlər naziri Kiastus Budrisin sözlərinə görə, Litva hökuməti isə daha 17 nəfərə sanksiya tətbiq edib.

Sonrakı yazı
Gürcüstan Prokurorluğu “Güclü Gürcüstan” liderlərindən biri Aleko Elisaşvili üçün məhkəməyə müraciət edib
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verib