Gürcüstan hökuməti Moskvada baş vermiş terror aktını qınayıb

26

Gürcüstan hökuməti Moskvada baş vermiş və nəticədə onlarla günahsız insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını pisləyir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin sosial şəbəkə hesabında qeyd olunub.

Yazıda Rusiya xalqına və həlak olanların ailələrinə başsağlığı verilib.

Gürcüstan hökuməti Moskvada onlarla günahsız insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını pisləyir. Rusiya xalqına və ölənlərin ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – deyə məlumatda bildirilib.

18
4
Kateqoriya: Siyasət
Sonrakı yazı
Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatdı
Öncəki yazı
Moskvadakı terror aktının təşkilində şübhəli bilinən 11 nəfər saxlanılıb – FOTO