Another advertisement
Gürcüstan hökuməti Moskvada baş vermiş və nəticədə onlarla günahsız insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını pisləyir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin sosial şəbəkə hesabında qeyd olunub.
Yazıda Rusiya xalqına və həlak olanların ailələrinə başsağlığı verilib.
“Gürcüstan hökuməti Moskvada onlarla günahsız insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını pisləyir. Rusiya xalqına və ölənlərin ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – deyə məlumatda bildirilib.