Another advertisement
“Georgian Airways” aviaşirkətinə Moskva-Tbilisi reysi üzrə uçuşlara başlamaq üçün icazə verilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.
“Georgian Airways Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır. Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə uyğun olaraq, mayın 20-dən etibarən uçuşlar həftədə 7 reyslə həyata keçiriləcək”, – deyə məlumatda bildirilib.
Məlumat üçün bildirək ki, Rusiyanın hava embarqosunun ləğvi ilə əlaqədar qərarı nəticəsində aviaşirkətlərə mayın 15-dən Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar həyata keçirmək imkanı verilib.