This is a specific ad

Gürcüstan “Eurovision 2024”ün finalındadır

14

Another advertisement

Gürcüstan təmsilçisi Nutsa Buzaladze “Eurovision”un finalına yüksəlib.

QafqazTürk.com xəbər verir ki, “Eurovision 2024”-ün ikinci yarımfinalı keçirilib və burada 16 ölkənin nümayəndəsi tamaşaçılara özünü təqdim edib.Gürcüstan təmsilçisi Nutsa Buzaladze 11-ci yerdə “Firefighter” mahnısını ifa edib.

Tamaşaçıların qərarına əsasən finala Gürcüstanla yanaşı daha doqquz ölkə çıxıb: Latviya, Avstriya, Hollandiya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Ermənistan.

Builki qaydalara əsasən, yarımfinaldan finala keçidi yalnız tamaşaçılar həll edir və münsiflər heyəti səsvermədə iştirak etmir.

Eurovision 2024-ün final yarışmasında 26 ölkə mahnı oxuyacaq. Bundan ilk on ölkə – birinci yarımfinaldan, ikinci on ölkə isə sonuncu keçirilən  konsertdən finala yüksəlib, “böyük beşlik” ölkələri və ev sahibi İsveç isə avtomatik olaraq finala yüksəlib.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə orta yaşlı kişi qəflətən dünyasını dəyişib
Öncəki yazı
ABŞ Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərə fiziki hücumlarla bağlı araşdırma aparmağa çağırıb