“Gürcüstan Dəmir Yolları” işçiləri istiyə görə tədbir görülməsini tələb edirlər

83

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, ölkə ərazisində temperatur 41°C-ni keçəcək. Peşəkar birliklərin monitorinqi zamanı bəzi iş yerlərində 42-47°C qeydə alınıb. Bu isə icazə verilən 32,5°C normanı aşır.

“Gürcüstan Dəmir Yolları”nda çalışan işçilər illərdir depo və emalatxanalarda kondisioner sistemlərinin təkmilləşdirilməsini tələb edirlər.

Yeni Dəmir Yol İşçiləri Həmkarlar İttifaqı rəhbərliyi hökumətin 2014-cü il qərarına əsaslanaraq, təcili preventiv tədbirlərin görülməsinə çağırır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Şokoladın zərərləri açıqlanıb
Öncəki yazı
30 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur