This is a specific ad

Gürcüstan dünya pasportlarının reytinqində tarixdə ….. mövqedədir

14

Another advertisement

The Henley Passport Index-də Gürcüstan keçən illə müqayisədə 4 pillə irəliləyib. 2023-cü ilin ikinci rübündə ölkə 48-ci yerdədir və bu, tarixin ən yaxşı göstəricisidir. 2022-ci ildə Gürcüstan 52-ci yerdə idi.

QafqazTürk.com xəbər verir ki,indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanır və onların sahiblərinin vizasız neçə ölkəyə daxil ola biləcəyinə görə pasportları sıralayır.

Qeyd edək ki, bu ilin birinci rübündə Gürcüstan 116 istiqamətlə 50-ci yerdə olub, ikinci rübdə isə istiqamətlərin sayı bir artaraq 117-yə çatıb.

“The Henley Passport Index”i hər rüb yenilənir və 199 müxtəlif pasport və 227 müxtəlif səyahət istiqamətlərini əhatə edir.

İndeksdə Sinqapur 192 istiqamətlə birinci, Əfqanıstan isə 27 istiqamətlə sonuncu yerdədir.

İndeksdə Sinqapur 192 istiqamətlə birinci, Əfqanıstan isə 27 istiqamətlə sonuncu yerdədir.
Reytinqin ilk onluğu bunlardır:
Sinqapur – 192 istiqamət;
Almaniya – 190 istiqamət;
İtaliya – 190 istiqamət;
İspaniya – 190 istiqamət;
Avstriya – 189 istiqamət;
Finlandiya – 189 istiqamət;
Fransa – 189 istiqamət;
Yaponiya – 189 istiqamət;
Lüksemburq – 189 istiqamət;
Cənubi Koreya – 189 istiqamət.
Regionun digər ölkələrinə gəlincə, Rusiya 115 istiqamət arasında 49-cu, Türkiyə 114 istiqamət arasında 50-ci, Azərbaycan 69 istiqamət arasında 72-ci, Ermənistan isə 66 istiqamət arasında 74-cüdür.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Makron Fransa hökumətində dəyişikliklərlə bağlı iclas keçirəcək
Öncəki yazı
Gürcüstan sərhədini ən çox bu ölkə vətəndaşları keçib