This is a specific ad

Gürcüstan dövlət sərhədini qanunsuz keçən iki xarici ölkə vətəndaşı həbs olunub

256

Another advertisement

Hüquq-mühafizə orqanlarının əməkdaşları qrup halında Gürcüstan dövlət sərhədini qanunsuz keçən iki xarici ölkə vətəndaşını həbs ediblər.

QafqazTürk Media xəbər verir ki, bununla bağlı Sərhəd Polisi məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, təqsirləndirilən şəxslər Gürcüstanın dövlət sərhədini Türkiyə Respublikasından keçiblər.

 “DİN Sərhəd Polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Axalçixe divizionunun “Çaral” sərhəd bölməsinin mühafizə bölmələrində iki xarici ölkə vətəndaşı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.

Cinayət beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutur”, – deyə agentlik bildirib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
25 Oktyabr qeyri iş günü elan edilib-Banklar və…
Öncəki yazı
Hakerlər Arda Güleri “Yuventus”a transfer edib