This is a specific ad

Gürcüstan Dəmir Yolları Batumi istiqamətində əlavə reyslər təyin edir – DETALLAR

14

Another advertisement

Gürcüstan Dəmir Yolları Batumi istiqamətində əlavə reyslər təyin edir.

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları idarəsi məlumat yayır.

Məlumatda qeyd edilir ki, Tbilisidən Batum istiqamətində gündüz reysləri iyunun 14-dən sentyabrın 15-i də daxil olmaqla saat 10:25-də, Batumidən Tbilisi istiqamətində isə saat 17:15-də yerinə yetiriləcək.

Gecə reysləri isə iyunun 16-dan sentyabrın 15-i də daxil olmaqla, reyslər Tbilisidən Batumi istiqamətində saat 00:35-də, Batumidən Tbilisiyə isə saat 00:45-də yerinə yetiriləcək.

İdarədən açıqlandığı üzrə biletləri idarənin internet saytından, həmçinin sürətli ödəniş aparatları vasitəsilə, Gürcüstan Dəmir Yollarının kassalarından və tərəfdaş şirkətlər vasitəsilə əldə etmək olar.

Sonrakı yazı
საქართველოს რკინიგზა ბათუმის მიმართულებით დამატებით რეისებს ნიშნავს
Öncəki yazı
Şarl Mişel və İrakli Ğaribaşvili arasında keçiriləcək görüşün tarixi məlum oldu