This is a specific ad

Gürcüstan Çin vətəndaşları üçün viza rejimini ləğv etdi

36

Another advertisement

Gürcüstan hökuməti Çin vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına gəlib.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında deyib.

Bilirsiniz ki, mənim Çinə çox uğurlu səfərim oldu və bu gün Çin dünyanın ikinci və ən güclü iqtisadiyyatına sahibdir. Əsas maraqlarımızdan biri Çinlə ticarət-iqtisadi əlaqələri gücləndirmək, Çindən daha çox investisiya və daha çox turist cəlb etməkdir. Buna görə də biz bu gündən Çin vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəldik”, – deyə Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Çinlə birbaşa uçuşların sayını artırmaq istəyir. Hökumət başçısı qeyd edib ki, o, bu məsələni, eləcə də turizmin inkişafı mövzusunu Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan ilə müzakirə edib.

Eyni zamanda, uçuşların sayının artırılması məsələsi ilə əlaqədar artıq Çin nümayəndə heyəti Gürcüstana səfər edib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Böyük Britaniya Rusiya və Gürcüstan vətəndaşlarına tranzit vizası tətbiq edib
Öncəki yazı
İrana və Fransaya rədd cavabı