This is a specific ad

Gürcüstan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvü olub

58

Another advertisement

Gürcüstan 2 il müddətinə (7 iyul 2023-cü ildən 30 iyun 2025-ci ilə qədər) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzv seçilib.

QafqazTürk.com xəbər verir ki,Ekologiya və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bununla bağlı qərar FAO-nun 43-cü konfransı çərçivəsində qəbul edilib.

Onların məlumatına görə, konfrans 2023-cü il iyulun 1-7-də Romada keçirilib.

Qeyd edək ki,Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransı çərçivəsində iki ildə bir dəfə seçilən 49 üzv dövlətdən ibarətdir.

Təşkilatın fəaliyyətinin əsas istiqamətləri ərzaq və kənd təsərrüfatı sahəsinə aid məsələlər, o cümlədən qurumun iş proqramı, büdcə, inzibati və maliyyə idarəçiliyidir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Rusiyanın bu şəhərindən də Gürcüstana uçuşlar həyata keçiriləcək
Öncəki yazı
ზესტაფონი-თერჯოლის გზაზე, გაზგასამართ სადგურზე აფეთქება მოხდა