Gürcüstan – Belçika matçında rekord qeydə alındı

2

Şənbə günü Gürcüstan və Belçika milli komandaları arasında keçirilən qrup mərhələsinin 2-ci tur matçında gənclər arasında (21 yaşadək) futbol üzrə Avropa çempionatlarının rekord azarkeş sayı qeydə alınıb.
QafqazTürk.com xəbər verir ki,Tiflisdəki Boris Payçadze adına stadionda keçirilən görüşdə 41 887 tamaşaçı iştirak edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatında əvvəlki iştirak rekordu 2002-ci ildə Bazeldə İsveçrə və İtaliya komandaları arasında keçirilən görüşdə (0:0) qeydə alınıb – 30 min nəfər.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Türkiyədə gündəlik ixracat rekordu qırıldı
Öncəki yazı
Peskov: “Priqojinə qarşı cinayət işinə xitam veriləcək”