Gürcüstan bankları “Zolotaya Korona” köçürmə sistemi ilə əməkdaşlığı dayandırıblar.
QafqazTürk media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya mətbuatının verdiyi məlumata görə, məhdudiyyətlər Amerikanın sanksiyaları ilə və o cümlədən “Zolotaya Korona” Maliyyə Texnologiyaları Mərkəzini yaradan şirkət ilə bağlıdır. Ölkənin ən böyük bankı “Bank of Georgia” bu sistem vasitəsilə həyata keçirilən köçürmələrdən imtina etməyə başlayıb. İkinci ən böyük kredit təşkilatı “TBC Bank” bu köçürmə xidmətindən istifadə imkanını tətbiqdən tamamilə çıxarıb.
ABŞ sanksiyaları Rusiya ilə əlaqəli qurumlarla iş görməyi qadağan edir. Xüsusilə, Rusiya Federasiyası ilə digər ölkələr, o cümlədən Gürcüstan arasında uzun müddətdir pul köçürmələri üçün istifadə edilən “Zolotaya Korona”-ya da məhdudiyyətlər qoyulub.