Gürcüstan Bankı “Qadın Sahibkarların İnkişafı Proqramı”nın 12-ci mərhələsinə start verib

46

Gürcüstan Bankı “Qadın Sahibkarların İnkişafı Proqramı”nın 12-ci mərhələsinə start verib.

Gürcüstan Bankının “Qadın Sahibkarların İnkişafı Proqramı”nın 12-ci mərhələsinə iştirakçıların qəbulu başlayıb. Bu dəfə proqram 16, 17 və 18 sentyabr tarixlərində Batumidə keçiriləcək.

“Qadın Sahibkarların İnkişafı Proqramı” BMT-nin İnkişaf Proqramının (UNDP), İsveçin və EFSE Entrepreneurship Academy-nin dəstəyi ilə həyata keçirilir.

Proqram qadın liderlərə ideyadan uğurlu biznesə qədər hərtərəfli – 360° dəstək təklif edir və dörd dəyər üzərində qurulub: bilik, dəstək, təcrübə və əməkdaşlıq.

Proqramın ilk mərhələsi müxtəlif sahələrin aparıcı mütəxəssisləri tərəfindən keçiriləcək üçgünlük intensiv seminar olacaq.

Proqram çərçivəsində qadın sahibkarlar:

1. xüsusi olaraq bu proqram üçün hazırlanmış 3 kursu businesscourse.ge platformasında keçəcək və sertifikat alacaqlar;

2. əlavə resurslara və mühüm məlumatlandırıcı görüşlərə daimi çıxış əldə edəcəklər;

3. peşəkar və şəxsi inkişaf üçün həm qrup, həm də fərdi dəstək alacaqlar;

4. qrant qazanmaq imkanı əldə edəcək, həmçinin qrantın icrası zamanı praktiki dəstək (kouçinq) ilə təmin olunacaqlar;

5. yeni peşəkar əlaqələr quracaq və digər sahibkarlardan təcrübə toplayacaqlar.

Gürcüstan Bankı bu proqram ilə elanda qeyd edir:

“Qadın sahibkarların gücləndirilməsi və onların bizneslərinin inkişafında dəstəklənməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də artıq 12-ci mərhələ çərçivəsində Qadın Sahibkarların İnkişafı Proqramını davam etdiririk. Bu proqram bilik, təcrübə və praktiki dəstəyin vahid ekosistemini yaradır. İnanırıq ki, proqramda iştirak edən qadınlar öz ideyalarını həyata keçirəcək və ölkənin iqtisadi inkişafına daha böyük töhfə verəcəklər.”

Proqrama qeydiyyat üçün Gürcüstan Bankının rəsmi vebsaytına müraciət etmək mümkündür.

Proqrama qeydiyyatdan keçmək üçün linkə aşağıdakı daxil olun:

https://bankofgeorgia.ge/ka/business/360-entrepreneurs

Sonrakı yazı
Dmanisidə azərbaycanlı gənclərin iştirak etdiyi “Yay düşərgəsi” keçirilib – FOTO
Öncəki yazı
Alyans Gənclər Mərkəzində ödənişsiz kurslara qeydiyyat başlayıb