Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfirinə başsağlığı verib

111

Azərbaycanın Gürcüstandakı Səfirliyində dünya gündəmini zəbt etmiş Bakı-Qroznı-Bakı təyyarəsinin Aktau hava limanı ərazisinə qəzalı enişi nəticəsində həlak olanlara həsr olunmuş Başsağlığı Kitabçası açılıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və iki çağırış Parlamentin millət vəkili, Gürcüstan Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ramiz Bəkirov Səfirlikdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşərək baş vermiş hadisədən kədərləndiklərini bildirərək ona baş sağlığı veriblər və daha sonra Başsağlığı Kitabçasına təəssüratlarını bölüşüblər.

Başsağlığı Kitabçasına təyyarədə həlak olanlarla bağlı və baş vermiş hadisədən təsirlənən milli mənsubiyyətindən asılı olmayaraq yüzlərlə insan Səfirlik binasına gələrək həm kitabçaya təəssüratlarını bölüşərək imza atıblar həm də səfirə baş sağlığı veriblər.

Xatırladaq ki, Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Bakı-Qroznı reysini həyata keçirən təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin də daxil olmaqla 67 nəfər olub.

Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat xidməti

Kateqoriya: Cəmiyyət, Gündəm, Region
Sonrakı yazı
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası tərəfindən hazırlanmış Ukraynada sülhün təmin edilməsi təklifini qəbul etməyib
Öncəki yazı
Moskva və yaxınlığındakı 5 hava limanı bağlanıb