This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresi sədri Hüseyn Yusubovun bəyanatı

350

Another advertisement

Hörmətli eloğlular, dəyərli dostlar! Bildiyiniz kimi 1 ay sonra yəni 26 oktyabrda ölkəmizdə parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə 30-a yaxın siyasi subyekt iştirak edir. Seçkiqabağı kampaniyada artıq yavaş-yavaş hərarət artır, ölkəmizin çiçəklənməsi naminə, Gürcüstanımızın gələcəyi naminə seçilərə qoşulmuş bütün siyasi partiyalara uğurlar diləyirik.

QafqazTürk Media xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq təəssüf hissi ilə bildirmək istəyirik ki, ancaq 4 siyasi partiya öz son siyahılarında azərbaycanlı namizədlər göstəriblər. Həmin siyasi partiyalara təşəkkür edirik.

Göstərilən namizədlər Zaur Darğallı, Savalan Mirzəyev, Oqtay Kazımov, Aqil Mustafayev, Ceyhun Narzalova uğurlar diləyirik, ümidvarıq ki, onlar seçki kampaniyalarını düşmən deyil, sağlam mübarizə çərçivəsində aparacaqlar.

Xalqımızın övladlarını Vətənimizin Parlamentində görmək istəməyən partiyalara xalq seçkidə cavab verər İnşallah.
Gürcüstan Azərbaycanlıları Konqresi olaraq bizim üçün siyasi partiyalardan öncə, Gürcüstanımızın gələcəyi maraqlıdır. Hansı siyasi qurumlar Gürcüstanı uğurlu gələcəyə daşıyacaqsa, dünyamızda gedən müharibələrə qatmayacaqsa, müstəqil Gürcüstanımızın sülh yolu ilə ərazi bütövlüyünü təmin edəcəksə və ölkəmizi Avropa İttifaqına inteqrasiya etdirəcəksə inanırıq ki, ölkə vətəndaşları o siyasi qurumları dəstəkləyər.
Bir daha hər kəsə uğurlar diləyirik!.

Gürcüstan Azərbaycanlıları Konqresinin Mətbuat Xidməti

Kateqoriya: Siyasət
Sonrakı yazı
გაფრთხილება! – საქართველოში ძალიან ძლიერი ქარია მოსალოდნელი
Öncəki yazı
Gürcüstan mövcud status-kvonu nəzərdən keçirə bilər