This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycan jurnalistlərini təltif etdi

45

Another advertisement

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.

QafqazTürk Media xəbər verir ki,Gürcüstan Azərbaycanlıları Konqresi 22 İyul-Azərbaycanın Milli Mətbuat Günü münasibətilə bir qrup Azərbaycan jurnalistini Konqresin Fəxri Fərmanı ilə təltif edib.

Gürcüstan-Azərbaycan mədəni ictimai əlaqələrinin inkişafında göstərdikləri yaradıcı-əzmkar fəaliyyətlərinə görə təltif olunanlar arasında “Report” informasiya agentliyinin Gürcüstan üzrə müxbiri Xanlar Mehdiyev, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətai Əzizov, “Ziya” İnformasiya Mərkəzinin və “Zim.az” saytının baş redaktoru Müşviq Borçalı və “Avrasiya.net” qəzetinin redaktoru Cavid Şahverdiyev var.

Hər mükafatçıya və onların timsalında da Gürcüstan- Azərbaycan dostluğunun işıqlandırılmasına töhfə verən jurnalistlərin hər birini Azərbaycan Milli Mətbuat Günü münasibəti ilə bir daha təbrik edirik!

Qələmləri kəskin olsun!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მარნეულელი ძიუდოისტი ლიზა დავაძე ევროპის თასის ვიცე-ჩემპიონია
Öncəki yazı
Aİ Şurası Ermənistan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu çərçivəsində ilk yardımı təsdiqləyib.