This is a specific ad

Gürcüstan Azərbaycandan şəkər idxalına çəkdiyi xərci kəskin azaldıb

42

Another advertisement

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 171 min ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib.

QafqazTürk.com  Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 90 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 19 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 20 % azdır. O cümlədən Fransadan 4,3 milyon ABŞ dolları, Türkiyədən 3,3 milyon ABŞ dolları, Rusiyadan 3 milyon ABŞ dolları, Niderlanddan 2,1 milyon ABŞ dolları, Ukraynadan isə 1,61 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 140 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib ki, bunun da 3,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
Öncəki yazı
Parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib