Gürcüstan Azərbaycanlıları konqresinin sədri Hüseyn Yusubov bir sıra xoşa gəlməz məsələlərlə əlaqədar olaraq QafqazTürk xəbər portalımızın suallarını cavablandırıb.
“Ölkəmizin Prezidenti Salome xanımın Qafqaz mentallığından nə qədər uzaq olduğunu bilirdik amma bu qədər Fransız olduğunu bilmirdik. Yaxşı ki, özü nümayiş etdirmiş oldu.
Əsrlər boyu Gürcü və Azərbaycan xalqları arasında mövcud dostluq və qardaşlıq münasibətləri bu iki dövlət arasında ən yüksək səviyyəyə-strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Fransız təlim- tərbiyəsi ilə Gürcüstanın dostluq-qardaşlıq münasibətlərini pozmaq, dağıtmaq cəhdləri əbəsdir çünki bu qardaşlığın arxasında onun memarları olan Qafqazın iki qədim sahibləri Gürcü və Azərbaycan xalqları durur. Yaşasın Gürcüstan-Azərbaycan dostluğu!“, – deyə GAK sədri bildirib.