This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresinin BƏYANATI

43

Another advertisement

Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycan Ordusu tərəfindən Qarabağda başladılmış lokal antiterror əməliyyatı haqqında bəyanat yayıb.

QafqazTürk.com xəbər verir ki, bəyanatda ermənilər tərəfindən törədilmiş təxribət nifrətlə qınanıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

“Gürcüstan Azərbaycanlıları Konqresinin
BƏYANATI

Azərbaycan Respublikasının Qarabağ bölgəsində ermənilərin törətdiyi və 14 nəfərin şəhid olmasına səbəb olan təxribatları qəti şəkildə və nifrətlə qınayırıq.

Şəhidlərin doğmalarına və yaxınlarına Allahdan səbr diləyirik. Allah rəhmət eləsin, məkanları Cənnət olsun. Xalqımızın başı sağ olsun.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərini dəstəkləyirik.

Azərbaycan Respublikasının ərazisində yerləşən rəsmi və ya qeyri-rəsmi erməni silahlı qüvvələrinin hamısını terrorist birləşmələri sayırıq. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bütün terrorist dəstələri məhv edilənə qədər bütün antiterror əməliyyatları davam etməlidir”

Kateqoriya: Gündəm
Sonrakı yazı
Yaşar Güler: Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır
Öncəki yazı
Yevlax görüşünə hazırıq, bir şərtlə ki, qanunsuz erməni silahlılar ağ bayraq qaldırsın – Prezident Administrasiyası