This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresinin BƏYANATI

11

Another advertisement

Gürcüstan Azərbaycanlıları Konqresi Şovidə baş vermiş təbii fəlakətlə əlaqədar bəyanat yayıb.

QafqazTürk.com xəbər verir ki, GAK yaydığı bəyanatda Gürcüstan vətəndaşlarını Şoviyə biganə qalmamağa və maddi-mənəvi dəstək olmağa çağırıb.

Sözügedən bəyanatı təqdim edirik:

Raca-Leçxumi bölgəsinin Şovi kurort zonasında baş vermiş faciəvi hadisə, torpaq sürüşməsi bizi, Gürcüstanda yaşayan azərbaycanlılarını dərindən kədərləndirmişdir.

Cəmiyyətimizə də məlum olduğu kimi, bu günə olan məlumata əsasən, faciə nəticəsində 12 nəfər vətəndaşımız həlak olmuş, 210 nəfər xilas edilmiş, xeyli sayda insan təxliyə olunmuş və 25 nəfərin axtarışı hələ də davam etdirilir.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, fəlakətdən əziyyət çəkənlərin daim yanında olduğumuzu bildirir, dünyasını dəyişənlərin ailələlərinə dərin hüznlə başsağlığı verir və yaralılara şəfa diləyirik.

Soydaşlarımızı fəlakətdən əziyyət çəkənlərin yanında olmağa, onların dərdini bölməyə və onlara maddi və mənəvi dəstək olmağa çağırırıq.

Ölkəmizdə fəaliyyət göstərən istər iqtidar, istərsə də müxalifət, bütün siyasi partiyalar üçün təbii fəlakətlərin aradan qaldırılması məsələsinin hər bir siyasi fəaliyyətdən üstün olacağına və siyasi müzakirə mövzusu olmayacağına inanmaq istəyirik.

Ümidvarıq ki, cəmiyyətimiz bizim bu çağırışımıza biganə qalmayacaq və Şovi fəlakət zonasına öz yardım əlini uzadacaqdır.

Bununla yanaşı, nəzərinizə çatdıraq ki, fəlakətdə dünyasını dəyişənlərin ruhuna hörmət əlaməti olaraq 7 avqust tarixində ölkəmizdə matəm günü elan edilmişdir.

Ölkənin bütün ərazilərində dövlət bayraqları 7 avqust saat 00:00-dan 8 avqust saat 00:00-a qədər yarıya endiriləcəkdir.

Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media”.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Şovidə təbii fəlakət nəticəsində ölənlərin sayı artıb
Öncəki yazı
Şovda itkin düşən şəxslərdən biri də Samirə İsayevadır