This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresində təltifetmə mərasimi keçirilib – FOTO

11

Another advertisement

Bu gün, dekabrın 29-da Marneulidə, Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində “İlin yekunları: hesabat” və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mövzularında geniş heyətli tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, Marneulidən, Tbilisidən, Qardabanidən və Bolnisidən tədbirə qatılan iştirakçılar əvvəlcə GAK sədri Hüseyn Yusubovun hesabatını dinləyiblər.

Öncə tədbir iştirakçılarını səmimi salamlayan və onları Yeni il münasibti ilə təbrik edən H.Yusubov öz hesabat nitqində Konqresin cari ildəki fəaliyyətinin əsasən üç sahədə, üç istiqamatdə olduğunu vurğulayıb:
1.Mədəni.
2.Hüquq.
3.Ekologiya.
Hər sahə ilə bağlı ətraflı danışan H.Yusubov mədəni sahədə əsas vurğunun saz sənətinin üstünə düşdüyünü bildirmişdir.

Marneuli müxtəlif mədəniyyətlərin qovşağı olan bir məkandır. İl boyu həyata keçirdiyimiz bütün mədəni tədbirlərdən dolayı, ustad aşığımız Nurəddin Qasımlının 85 illiyini elə səviyyədə keçirməyə çalışdıq ki, nəinki təkcə bizim bölgə, eləcə də digər bölgələr də özlərini bu tədbirin bir parçası hiss etsinlər. Ümid edirəm ki, biz bunu bacardıq! Marneuli Meriyasına və Bələdiyyəsinə də buradan öz təşəkkürlərimi çatdırıram”, – deyə H.Yusubov bildirib.

Hüquqi müstəvidə Konqresin əsas məqsədinin əhalimizi bu sahədə maarifləndirmək və yeri gələndə pulsuz vəkil yardımı ilə təmin etmək olduğunu bildirən H.Yusubov bu istiqamətdə bir sıra uğur qazanıldığını da iştirakçıların diqqətinə çatdırmışdır. Hüquq sahəsində Konqresə hər zaman öz erudisiya (dünyagörüşü) və bacarığı ilə məsləhətlərini əsirgəməyən tanınmış ekspert Mübariz Qarayevə də xüsusi təşəkkür etdi
Ekologiya sahəsində Konqresin sıx dəstəyi ilə başladılan “Yaşıl düşüncə” ideyasının Marneulidə və bölgələrdə artıq əsl hərəkata çevrildiyini bildirən H.Yusubov bundan sonra da təbiətin-təmizliyin qorunması yönündə daha qətiyyətli addımlar atacaqlarını bildirdi. “Yaşıl düşüncə”nin ərsəyə gətirilməsi yolunda fəallığı və məsulıiyyətli rəhbərliyinə görə GAK-ın əməkdaşı G.Məmmədxanovaya da təşəkkür edən Hüseyn müəllim müzakirələrə keçid vermişdir.

Çıxış edənlərdən tanınmış ziyalı Səyyad Xəlilov, yazıçı Əli Abbas, Qullar ictimai məktəbinin direktoru Hümmət Hüseynov, şair, “Qızıl Oələm” mükafatı laureatı Lətif Ağaoğlu (Əhmədov), ekspert Mübariz Qarayev, iki çağırış Gürcüstan Parlamentinin deputatı Ramiz Bəkirov və başqaları öz çıxışlarında soydaşlarımızı uğurla təmsil etdiyinə görə, bölgələrin səsini aidiyyati təşkilatlara çatdırdığına görə GAK-a, şəxsən onun sədrinə və təsis etdiyi “QafqazTürk Media”-ya minnətdarlıq hisslərini dilə gətirdilər.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbriklərini çatdıran konqres sədri Gürcüstan – Azərbaycan – Türkiyə münasibətlərinin uğurlu inkişafından, “Heydər Əliyev ili”nin təbliğatında GAK-ın aparıcı rolundan, Qarabağ müharibəsindəki zəfərin, harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarını ilhama gətirdiyini və yeni ilə yeni duyğularla girdiyimizi təmin etdiyini dilə gətirdi.

Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən Hacı Səyyad Xəlilovun 70 illik yubileyi münasibətilə “Fəxri Fərman”la təltif edilməsi, şair Lətif Ağaoğlunun və tanınmış foto-müxbir Nadir Bayramlının Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatı ilə təltif olunması və yazıçı Mustafa Sədioğlunun yeni kitablarının nəşri və konqresdə təqdim olunması iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Laureatlara xüsusi diplomları və laureat biletlərini təqdim edən H.Yusubov, digər gürcüstanlı yazarlarımızın da belə mükafatçılar sırasında olacaqlarına ümidvar olduğunu bildirdi ki.

Tədbirin sonunda Aşıq Həvəskar Nurəddinoğlu şirin ifaları ilə tədbir iştirakçılarının könlünü oxşadı.
Şair Mustafa Sədioğlu da yeni kitablarını kitabsevərlərə hədiyyə etdi.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ნავთობის ექსპორტი ბაქო-თბილისი-ჯეიჰანით 11თვეში 27,6 მლნ ტონამდე გაიზარდა
Öncəki yazı
Hakim 14 yaşlı Aytacın anası və əmisini həbsdə saxlayıb