This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresi və “QafqazTürk Media”nın BƏYANATI

57

Another advertisement

Gürcüstan Azərbaycanlıları Konqresi PKK terrorçularının Türkiyənin İraqdakı hərbi bazasına hücumu nəticəsində şəhid olmuş əsgərlər üçün başsağlığı bəyanatı yayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə GAK-ın facebook səhifəsində paylaşım edilib.

Paylaşımı təqdim edirik:

Türkiyədən acı xəbər
Qardaş Türkiyədən gələn daha bir acı xəbərlə sarsıldıq: “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və “Qafqaz Türk Media” xəbər portalı olaraq şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhid ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralı əsgərlərə uca Allahdan şəfalar diləyirik!
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.
Türkiyə Ordusu şəhid qanını heç vaxt yerdə qoymayıb və qoymayacaqdır!
Terroru dəstəkləyənlər, bivec güc mərkəzləri bilsinlər ki, qardaş Türkiyə öz haqq mübarizəsində heç zaman tək olmayıb, yanında Türk Dünyası kimi bir birlik var!
”.

Məlumat üçün bildirək ki, PKK terrorçularının hücumu nəticəsində 5 türk əsgəri şəhid olmuş, 3-ü ağır olmaqla 8 əsgər isə yaralanmışdı.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ძაღლის დაჭრის მორიგი შემთხვევა გორში
Öncəki yazı
საქართველოს აზერბაიჯანელთა კონგრესის და მედია პორტალ QafqazTurkMedia-ს განცხადება