This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresi və “QafqazTürk Media” kollektivi “Maarif” məktəbini ziyarət etdilər

9

Another advertisement

Bu gün Gürcüstan Azərbaycanlıları Konqresi və “QafqazTürk Media” kollektivinin üzvləri Marneuli şəhərində yeni fəaliyyətə başlayan Uluslararası Gürcüstan “Maarif” məktəbinin Marneuli filianın yeni binasını ziyarət etdilər.

QafqazTürk.com xəbər verir ki, konqres və media əməkdaşlarını Marneuli filialının müdürü Fatma xanım Çavuşlu və Uluslararası Gürcüstan “Maarif” məktəbinin ictimai əlaqələr şöbəsinin müdirəsi Leyla xanım Əliyeva qarşıladırlar.

Onlar məktəbin qeydiyyatı və fəaliyyəti ilə əlaqədar geniş məlumat verdilər və
“QafqazTürk Media” əməkdaşlarının suallarını cavablandıraraq bildirdilər ki, məktəbdə təhsil gürcü, ingilis və türk dilində olacaq. Şagirdlər imtahanla qəbul olunacaq.

Bütün fənnləri peşəkar müəllimlər tədris edəcək.

Məktəbin nəzdində həmçinin azyaşlı (4-yaşdan yuxarı) uşaqlar üçün bağça fəaliyyət göstərəcək.
Məktəbə və bağçaya uşaqların qeydiyyatı artıq başlamışdır.
Məktəbin həyətində geniş idman kompleksi və məktəbdə bölgənin özəlliklərini əks etdirən mədəniyyət klubu nəzərdə tutulmuşdur.

P.S QafqazTürk Media məktəbin rəhbərliyinə, pedaqoji kolektivinə və bütün gələcək şagirdlərinə uğurlar arzulayır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bayden: “Müharibə bitməmiş Ukraynanın NATO-ya üzvlüyü III Dünya müharibəsinin başlanğıcı deməkdir”
Öncəki yazı
Polşaya 10 ildən sonra milyonlarla köçmən lazım olacaq