Gürcüstan-Azərbaycan sərhədi Azərbaycan vətəndaşları üçün açıla bilər

1

“Sərhədin bağlanması ilə əlaqədar şikayətlər artdığı üçün hesab edirəm ki, Azərbaycan Gürcüstanla quru sərhədini öz vətəndaşları üçün aça bilər”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu, həm də ölkənin turizm sektoru üçün vacibdir.

Hazırda Azərbaycanla Gürcüstan arasında quru sərhədi hələ də bağlıdır. Buna səbəb Azərbaycanın koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi xüsusi karantin rejiminin mayın 1-dən iyulun 1-i saat 06:00-dək uzadılması ilə əlaqədardır.

Ölkəyə giriş yalnız hava nəqliyyatı ilə mümkündür. Yeganə istisna Naxçıvanın Türkiyə ilə quru sərhədidir, halbuki bu sərhədi yalnız Naxçıvanda yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları keçə bilər.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
KAMELİA ailəvi restoranı – VİDEO
Öncəki yazı
Rusiyada “Mi-8” helikopteri qəzaya uğrayıb