This is a specific ad

GAK-ın sədri Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edir

28

Another advertisement

GAk-ın sədri Hüseyn Yusubov Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə dünya azərbaycanlılarının təbrik edir

“18 Oktyabr – Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür.
2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi!
1991-ci ilin dekabrında Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.


1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı.


1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisidir. Bir sözlə, Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idi.Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün ölkə prezidenti İlham Əliyev davam etdirir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub.
Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.


Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Xalqın bu arzusunu prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində (İkinci Qarabağ Mühartibəsi) prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, milli dövlətimiz olan Azərbaycan Respublikasını, onun müzəffər Prezidenti möhtərəm İlham Əiyevi, dünyanın harasında yaşamasından asılı olmayaraq, bürün dünya azərbaycanlılarını ürəkdən təbrik edirik!” -deyə GAK-ın sədri Hüseyn Yusubov bildirib

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ხალიკ ბანკი საქართველო გრძელვადიან რეიტინგის მაჩვენებელს „BB+” დონეზე ინარჩუნებს
Öncəki yazı
საქართველოში ერთ ექიმზე, ერთი ექთანიც არ მოდის – როგორია სამედიცინო პერსონალის რიცხოვნობა