Əziz dostlar, hörmətli soydaşlar!
Bu gün, martın 1-dən ölkəmizdə və İslam dünyasnda müqəddəs Ramazan ayı başlayır. Müqəddəs Ramazan ayının başlaması münasibətilə hər birinizi və dünya müsəlmanlarını, həmçinin Gürcüstan Müsəlmanlar İdarəsini ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm!
“Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaq saflığını, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aydır. On bir ayın sultanıdır! Öz milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır. O cümlədən Ramazan ayını hər il xüsusi təntənə, şükranlıq və könül xoşluğu ilə qarşılayır və keçiririk. Uca Allah öz mərhəmət və şəfqətini sizdən əsirgəməsin!
Allah orucunuzu qəbul eləsin!
Ramazan ayınız mübarək olsun!
Hörmətlə: Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri