Hörmətli Faiq müəllim! Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə uğurlu fəaliyyətinizə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilməyiniz – Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi almağınız münasibətilə Sizi ürəkdən təbrik edirik! Həm öz adımdan, həm də rəhbərlik etdiyim Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media qrupu adından Sizə və rəhbərlik etdiyiniz quruma Azərbaycan Respublikası xarici siyasət rəhbərliyi tərəfindən cızılan strateji ana xəttinin konturlarını uğurla yerinə yetirmək yönündə daha böyük uğurlar diləyirik! Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media qrupu olaraq, Azərbaycanın ölkəmizdəki çoxşaxəli, balanslı və fəal xarici siyasət xəttini imkanımız daxilində həmişə işıqlandırmışıq, bundan sonra da Gürcüstan – Azərbaycan dostluq münasibətlərinə, mehriban qonşuluq əlaqələrinə öz töhfəmizi verməyə davam edəcəyik!
Hörmətlə: Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri