Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Marneulinin bələdiyyə məclisi sədrinin keçmiş müavini Rövşən İsgəndərovla bağlı bəyanat yayır.
GAK sədrinin qeyd etdiyinə görə, Rövşən İsgəndərov barədə sosial şəbəkələrdə yayılan videolara inanmır və o videoların montaj olduğunu hesab edir.
“Rövşən İsgəndərov barədə sosial şəbəkələrdə yayılan videolara inanmıram və o videoları montaj sayıram, çünki mən Rövşən İsgəndərovu şəxsən yaxından uzun illərdir ki tanıyıram və onun belə bir hərəkətlərə yol verdiyinə inanmıram. Rövşən İsgəndərovun inzibati xətası ola bilər amma bu xəta da Cinayət Məcəlləsi ilə mühakimə olunmamalıdır. Hesab edirəm ki, kiçik bir cərimə ilə Rövşən İsgəndərov azadlığa buraxılacaqdır”,-deyə Yusubov bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə 26 oktyabr Parlament seçkisində Sadaxlı kənd seçki məntəqəsində Rövşən İsgəndərovun qanun pozuntusu etdiyinə dair videolar yayılmışdı.