Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Bolnisi bələdiyyəsinin Sayalıoğlu kəndindən milli imtahanları uğurla vermiş gənclərlə və şagirdlərlə görüşdü – ƏTRAFLI

16

18 avqust tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Bolnisi bələdiyyəsinin Sayalıoğlu kəndində milli imtahanları uğurla vermiş gənclərlə, şagirdlərlə görüşdü. Görüşdə həmçinin Muxran ictimai məktəbinin müəllimi Araz Musayev və müəllim Leyla Yusifova iştirak etdilər.

Görüş zamanı Hüseyn Yusubov tələbə statusu qazanmış gəncləri ürəkdən təbrik edərək, onlara təhsil həyatlarında bol uğurlar arzu etdi. O həmçinin gəncləri milli imtahana hazırlaşdıran və onlarda riyaziyyat fəninə qarşı böyük sevgi aşılayan Araz Musayevə və əməyi keçən digər müəllimlərə öz dərin təşəkkürünü bildirdi.

Tələbələrlə görüşdə QafqazTürk medianın jurnalistləri Gülgün Məmmədxanova və Zabit Mahmudov da iştirak etdilər. Onlar da Borçalımızın savadlı gənclərini ürəkdən təbrik edərək, bol nailiyyətlər arzu etdilər.

Qeyd edək ki,  Muxran ictimai məktəbindən bu il məzun olmuş 15 gəncdən 11- i milli imtahanları yüksək nəticələrlə verərək tələbə statusu almışdır. Sevindirici haldır ki, imtahanları uğurla baş vermiş 11 gəncdən 9-u qızdır. Qızlarımızın təhsil həyatında uğur qazanması xüsusilə bizi sevindirir, çünki təhsilli qadın təhsili cəmiyyət deməkdir! 

Sizə tələbə statusu almış gənclərin siyahısını və milli imtahanlardan topladıqları balları təqdim təqdim edirik:

1) Alidə Mahmudova – 65 bal 

2) Sima İsmayılova – 43 bal

3) Vüsalə Qənbərova- 61 bal

4) Fiyalə Novruzova – 62 bal

5) Maya Əhmedova – 56 bal

6) Əhməd Süleymanov – 40 bal 

7) Nərmin İsmayılova – 34 bal

8) Eltun Həsənov – 32 bal

9) Dünya Məmmədova – 37 bal 

10) Şəfiqəxanım Həsənova- 42 bal

11) Elza Məmmədova- 58 bal 

Həmçinin sevindirici haldır ki, Muxran ictimai məktəbindən 10-cu, 11-ci sinif şagirdləri də özlərini sınamaq vasitəsilə bu ilki milli imtahanlarda iştirak etmişlər və yüksək bal toplamışlar. Təbrik edirik, əziz şagirdlər!

Milli imtahanlarda iştirak etmiş şagirdərin siyahısı və topladıqları balları təqdim təqdim edirik:

1) Günel Yusifova – 41 bal

2) Nərmin Eminova – 37 bal

3)Veysal Mahmudov – 39 bal

4) Mərziyə Yusifova – 34 bal

5) Gövhər Rəhimova – 61 bal

6) Günel Sadiyeva – 32 bal 

7) Cavid Mamedov – 39 bal

8) Vüsal Abbasov – 31 bal

9) Fərid Abdulrəhmanov – 34 bal

Bir daha QafqazTürk Media olaraq, sizi təbrik edirik, əziz gənclər! Sevinciniz sevincimizdir!

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“ბორჯღალოსნებმა” აშშ-ს ნაკრები ანგარიშით 22:7 დაამარცხეს
Öncəki yazı
Gürcüstanda turizm mövsümü öz bəhrəsini verdimi?