Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında alınan qərara münasibətini bildirir.
“Əgər Ermənistanın Birləşmiş Millətlər Təşkilatında müzakirəyə çıxardığı məsələdə Azərbaycana qarşı qərar qəbul olunsaydı, mən deyərdim ki, 21-ci əsrin ən ədalətsiz qərarı olmuş olardı, çünkü söhbət Azərbaycanın ərazi bütövlüyündən və daxili işlərindən gedir. Hər bir dövlət öz sərhədində sərhəd – nəzarət keçid məntəqəsi yerləşdirir və gələn yükləri, gəlib-gedən insanları həmin məntəqədə qeydiyyatdan keçirir. Qanunla qadağa olunmamış, deklarasiya oluna bilən bütün yüklər gömrük məntəqələrində gömrükdən keçir.
Ermənilər demək ki, gömrüklənməyən, qanunda nəzərdə tutulamayan mallar keçirmək istəyirlər və ona görə də o keçidlər onlara əl vermir. Yəni ki, burada separatizmin sonunun çatdığını ermənilər artıq bilməlidirlər. Bilməlidirlər ki, orada ki Azərbaycana qarşı silah yönətməmiş və təcavüzdə iştirak etməmiş ermənilər Azərbayacan vətəndaşlığına reinteqrasya olunacaqlar. Onlar normal Azərbaycan vətəndaşları kimi bütün imtiyazlardan istifadə edə biləcəklər. Amma kimlərsə separitizm yolunu davam etdirərsə, onlar qanun qarşısında ən ağır cəzalara layiqdirlər.
Azərbaycan artıq haqq işini bütün dünyaya tanıdıbdır və Ermənistan bilməlidir ki, artıq 90-ci illər deyildir. Artıq Azərbaycan öz haqqını qorumağı bacarır, dünyada yaşayan hər bir azərbaycannlı Azərbaycanı qorumağı bacarır. Lazım gələndə hamımız əl-ələ olub Azərbaycanı qorumağa hazırıq. Azərbaycan bizim milli dövlətimizdir və istəyirik ki, Azərbaycanda hər şey insan hüquqları çərçivəsində həll olunsun. Azərbaycan dövləti bunu etməyə hazırdır və erməni xalqı da hazır olmalıdır.” – Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov qeyd edir.
Qeyd edək ki, avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın haqlı olduğu sübut olundu. Rəsmi İrəvan Qarabağın mülki əhalisinin məcburi “tam blokadaya” alınması nəticəsində humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi. Beynəlxalq ictimaiyyət onun ərazi bütövlüyü və suverenliyini dəstəklədi və Ermənistanın hökümətinin Azərbaycana qarşı humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı iddiaları qəbul etmədi.