This is a specific ad

Gürcüstan Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ramiz Bəkirov təltif olunub

311

Another advertisement

23 Sentyabr tarixində Bolnisidə şəhərin mərkəzində “Bolnisoba” el bayramı keçirildi.

QafqazTürk Media xəbər verir ki, Parlamentin sabiq deputatı, Gürcüstan Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ramiz Bəkirov tədbirdə Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb.

Mükafatı “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının təmsilçisi David Şerazadaşvili Ramiz Bəkirova şəxsən təqdim edib.

Mükafatlandırma mərasimindən sonra R.Bəkirov səhnədə gürcü dilində çıxış edib:

“Bu gün Bolnisi şəhərində ənənəvi “Bolnisoba” bayramı keçirilidi. Bayram çox möhtəşəm idi. Şənlikdə gürcü mətbəxi yerli sənət adamlarının əl işləri azərbaycan mətbəxi azərbaycan və gürcü musiqisi sazımız dinlənildi. Çox xoş ovqatı bəxş edən gözəl bir gün oldu. Bolnisi munsipalitetinin rəhbərliyi başda David Şerazadaşvili olmaqla bütün əməyi keçən insanlar var olsunlar! Bizim gücümüz birlikdədir!”.

Biz də Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsi olaraq dəyərli Ramiz Bəkirovu təbrik edir və Bolnisi rəhbərliyinə vaxtında verilmiş qərara görə təəkkür edirik.

Sonrakı yazı
თინა ბოკუჩავა: სასასამართლოს არც დამოუკიდებლობა და არც მოსამართლეთა გამბედაობა არ ჰყოფნის
Öncəki yazı
დმანისის მუნიციპალიტეტში სოციალურად დაუცველი ოჯახების დახმარება გრძელდება