This is a specific ad

Gürcüstan Avropaya inteqrasiya üzrə planını təqdim edib

10

Another advertisement

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Avropa İttifaqına (Aİ) üzvlüyə nail olmaq üçün konkret fəaliyyət planı olan sənədin baxılması üçün Avropa Şurasına göndərildiyini açıqlayıb.

QafqazTürk.com xəbər verir ki, xarici işlər naziri jurnalistlərlə görüşdə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti ilə yaxınlaşmanın sənədin əsas komponentlərindən biri olduğunu deyib.

Gürcüstan ümumilikdə Avropa İttifaqının xarici siyasətinə uyğundur, hərçənd bizim xarici siyasətimiz prizmasından baxıldıqda özündə ölkəmizin ərazi bütövlüyü və suverənliyi üçün risklər daşıyan həssas məsələlər də var”, – deyə İ.Darçiaşvili bildirib.

O, dezinformasiya ilə mübarizə üçün kommunikasiya strategiyasının qəbulundan, həmçinin Gürcüstanda siyasi qütbləşmənin yumşaldılması və müxalifətin qanunvericilik prosesinə daha fəal cəlb edilməsi planlarından danışıb.

Bizim əsas məqsədimiz odur ki, bu islahatlar dönməz olsun və Gürcüstan, hökumətimiz addım-addım bu islahatları həyata keçirsin”, – deyə XİN başçısı vurğulayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Krımda tufan xəbərdarlığı elan edildi
Öncəki yazı
ULDUZ FALI – 26.12.2023