“Gürcüstan hökumətinin hərəkətləri səbəbindən Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dondurulub”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Danimarkanın Gürcüstandakı səfiri Anne Toft Sorensen özünün X səhifəsində yazıb.
“ Aİ-yə üzvlük prosesi Gürcüstan hökumətinin hərəkətləri səbəbindən dondurulub. Vəziyyət bu qədər sadədir”, – deyə Sorensen qeyd edib.
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri, parlament çoxluğunun üzvü Nikoloz Samxaradze bildirib ki, Avropa Komissiyasının genişlənmə hesabatındakı 35 bənddən 25-i Gürcüstanın son 12 ayda müxtəlif səviyyələrdə əldə etdiyi irəliləyişlərdən bəhs edir.
Onun sözlərinə görə, Gürcüstan Avropa yolunda irəliləyiş yaşayır.
“Beləliklə, bir çox ittihamlara və fərziyyələrə baxmayaraq, Gürcüstan Avropa yolunda irəliləyir və fundamental hüquqlar baxımından hələ də Bosniya və Herseqovina, Ukrayna və Moldovanı qabaqlayır”, – Samxaradze vurğulayıb.