Another advertisement
Gürcüstan aviaşirkətləri Türkiyənin istənilən şəhərinə müntəzəm uçuşlar etmək hüququ qazanır.
QafqazTürk.com xəbər verir ki,Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, artıq tərəflər arasında müvafiq memorandum imzalanıb.
Türkiyə tərəfinin aviaşirkətlərinə gəlincə, həm əvvəlki, həm də yenilənmiş saziş çərçivəsində onlar Gürcüstanın hər üç beynəlxalq hava limanına müntəzəm uçuşlar həyata keçirə bilərlər.
Qeyd edək ki, indiyədək müntəzəm uçuşlar yalnız İstanbul, Antalya, Ankara və Trabzon istiqamətində mümkün olub.
Agentliyin məlumatına görə, Türkiyədə bütün beynəlxalq hava limanlarının açılması Gürcüstan aviaşirkətlərinə sərnişin və yük əməliyyatları baxımından yeni imkanlar verəcək.