This is a specific ad

Gürcüstan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2024-cü il illik toplantısına ev sahibliyi edəcək – ətraflı

73

Another advertisement

Dünən, 4 may tarıxində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının işgüzar sessiyasında Gürcüstan AİB-in 2024-cü il illik toplantısına ev sahibliyi edən ölkə statusunu Koreya Respublikasından rəsmən qəbul edib.

QafqazTürk xəbər ki, bu irimiqyaslı tədbir 2024-cü il mayın 2-5-də Tbilisidə keçiriləcək.

Həmçinin, bu gündən Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bir il müddətində Asiya İnkişaf Bankının Direktorlar Şurasına rəhbərlik edəcək.

Gürcüstanın növbəti illik toplantıya ev sahibliyi edən ölkə kimi tanıdılması məqsədilə xüsusi stend təşkil olundu və bu günlərdə müxtəlif ölkələrdən çoxlu nümayəndələr onu ziyarət edib.

Bu gün isə rəsmi və mədəni tədbir keçiriləcək və tədbir zamanı Gürcüstan Asiya İnkişaf Bankının 57-ci illik toplantısına ev sahibliyi edəcək ölkə kimi təqdim olunacaq.

Sonrakı yazı
XƏBƏRDARLIQ: Bu şəxslər qətiyyən ÇİYƏLƏK YEMƏSİNLƏR – SƏBƏB
Öncəki yazı
Böyrəkləri sıradan çıxaran 3 məhsul