Another advertisement
Gürcüstanın hava limanlarında sərnişin axınında artım müşahidə olunur.
“Qafqaz Türk Media” xəbər verir ki, sərnişin axını təkcə Kutaisi hava limanında deyil, Tbilisi və Batumidə də aktiv şəkildə artır.
Fevral ayında Tbilisi Beynəlxalq Hava Limanı 294 min sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 32% çoxdur.
Batumi Beynəlxalq Hava Limanı isə 31,4 min sərnişinə xidmət göstərib. Bu, ötən illə müqayisədə 43% çoxdur.