This is a specific ad

Gürcüstan 50 ən yaxşı ölkə sırasındadır

53

Another advertisement

Pozitiv Sülh İndeksinə əsasən Gürcüstan 50 ən yaxşı ölkə arasındadır.

QafqazTürk.com xəbər verir ki,müvafiq hesabatı “İqtisadiyyat və Sülh İnstitutu” (IEP) beynəlxalq analitik mərkəzi dərc edib.

“Pozitiv Sülh 2024” hesabatına əsasən, əvvəlki tədqiqat ilə müqayisədə Gürcüstan öz mövqeyini altı pillə yaxşılaşdıraraq 49-cu yerə yüksəlib və pozitiv sülhün yüksək səviyyəli statusuna nail olub.

Pozitiv Sülh İndeksi sosial aspektlərin konstruktiv aspektləri əsasında tərtib edilir. Onu tərtib edərkən aşağıdakı amillər nəzərə alınır – hökumətin yaxşı işləməsi, korrupsiyanın aşağı səviyyəsi, sağlam biznes mühiti, resursların ədalətli bölgüsü, başqalarının hüquqlarının qəbulu, məlumat azadlığı, insan kapitalının yüksək səviyyəsi və qonşu ölkələrlə yaxşı münasibətlər.

Dünya Pozitiv Sülh İndeksi reytinqində Gürcüstan bütün qonşu dövlətləri qabaqlayır, postsovet ölkələri arasında isə Baltikyanı ölkələrdən sonra dördüncü yerdədir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığı müzakirə edilib
Öncəki yazı
Tbilisidə davam edən aksiyalar zamanı etirazçılarla polis arasında fiziki qarşıdurma baş verib