Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər aparılan kompleks tədbirlər nəticəsində ölkədən 26 xarici ölkə vətəndaşını deportasiya edib. Deportasiya edilən şəxslər Hindistan, Türkiyə, Çin, Pakistan, Türkmənistan, İraq, Misir, Azərbaycan, İordaniya və Çad vətəndaşlarıdır.
Qanunvericiliyə uyğun olaraq, bu şəxslərə ölkəyə giriş qadağası qoyulub. Miqrasiya Departamenti Gürcüstanda qanunsuz miqrasiyanın qarşısının alınması və ölkədə hüquqi əsas olmadan qalan xarici vətəndaşların aşkarlanmasına cavabdehdir.