Tbilisidə yeni bir aerport tikilə bilər.
“Tbilisiyə daha böyük aeroport lazımdır. Yeni aeroportun tikintisi ilə bağlı qərarın qəbul edilməsi vacibliyi gündəmdədir, – QafqazTürk xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xutsişvili bəyan edib.
Onun dediyinə görə, bu istiqamətdə iş prosesi davam edir.
“Faktdır ki, Tbilisiyə daha böyük aeroport lazımdır. Əhəmiyyətli şəkildə, çox sürətli templə daşınan sərnişinlərin sayı arıtır. Bu gün mövcud Tbilisi Aeroportunun ərazisini genişləndirməyə imkanı yoxdur. Müvafiq olaraq, yeni aeroportun tikintisi ilə bağlı qərarın qəbul edilməsi vacibliyi gündəmdədir. Aeroportun tikilməsi elə bir qərar deyil ki, bu gün və yaxud sabaha tez zamanda qəbul edilsin. Bu istiqamətdə, detallar və müqavilə üzrə iş prosesi davam edir ”, – Laşa Xutsişvili bəyan edib.