This is a specific ad

Gürcü politoloq: “ABŞ Qafqazı öz oyununa alət edə bilməyəcək”

58

Another advertisement

“ABŞ-nin qərarının arxasında nələr dayanır? Niyə Azərbaycana humanitar və texniki yardım etməkdən imtina edirlər? Bunun yalnız bir cavabı var – sülh içində olan Qafqazı öz oyun və məqsədlərinə alət etmək. Amma bunu edə bilməyəcək”.

Bu sözləri Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze deyib.

“Qafqazda münaqişə olmağını istəyənlər öz məqsədlərinə çatmağa çalışırlar. Çünki Qarabağ məsələsi öz həllini tam tapdığı üçün, regiona müdaxilə üçün səbəb qalmır. Qafqazda sülhün olması Azərbaycan, Gürcüstan və Ermənistan üçün çox vacibdir. İki ölkə arasında sülh müqaviləsinin imzalanması bölgədə sülhün təsdiq olunması deməkdir. ABŞ-nin qəbul etdiyi qərar isə sülhə qarşıdır. Bunu başa düşmək olmur. Çünki, bir tərəfdən ABŞ deyirdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Rəsmi Bakı ərazi bütövlüyünü bərpa edəndən sonra isə belə qərar qəbul edir”.

Levan Mamaladzenin sözlərinə görə oxşar addımlar Gürcüstan üçün də qəbul olunub:

“Belə ki, ABŞ 2024-cü il parlament seçkilərində Gürcüstana daimi müşahidə missiyasını göndərmək istəyir. Bu nə deməkdir axı? Bu hərəkətlərdə biz onların məkrli planlarını görə bilərik. Qafqaza təsir gücünə malik olmaq üçün hər vəchlə çalışırlar ki, sülhə mane olsunlar. Ona görə də tək Gürcüstan və Azərbaycan üçün yox, həm də Ermənistan üçün bu siqnal olmalıdır. Sülh müqaviləsini imzalayıb xalqların rifahına zidd addımlar atılmasına yol verməmək gərəkdir”.

“İlham Əliyevin siyasəti bir daha sübut etdi ki, ərazi bütövlüyü necə bərpa olunur. Təbii ki, bu siyasət həm bizə, həm də Ermənistana nümunə olmalıdır”, – deyə L.Mamaladze qeyd edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Cənubi Koreya it ətinin istehlakını qadağan edir
Öncəki yazı
Gürcüstanın müdafiə naziri Ermənistanda səfərdədir