This is a specific ad

Gürcü iş adamını xüsusi tapşırıqla qətlə yetirənlərdən biri Türkiyədə həbs edilib

100

Another advertisement

Besik Xardzianinin qətlində təqsirli bilinən şəxs Türkiyədə həbs edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın yeni seçilmiş baş prokuroru Qiorqi Qabitaşvili açıqlama verib.

Onun sözlərinə görə, hazırda ekstradisiya prosedurları aparılır.

“Prokurorun vəsatəti əsasında Besik Xardzianinin qətlində təqsirli bilinən bir nəfər Türkiyə Respublikasında həbs edilib. Kütləvi sifarişli qətl törətməkdə ittiham olunan cinayətin birbaşa icraçısının ekstradisiya prosedurları davam edir. Ümid edirəm ki, bu prosedurlar tezliklə başa çatacaq”, – Qabitaşvili bildirib.

Məlumat üçün bildirək ki, iş adamı Besik Xardziani 2015-ci il martın 28-də Tbilisidə öz şəxsi evinin girişində odlu silahla öldürülüb. Aldığı yaralar nəticəsində Xarziani xəstəxanada dünyasını dəyişib. Baş Prokurorluq 2016-cı ilin yanvarında iş adamının qətli ilə bağlı işi açıq elan edib. Məhkəmə iş adamı Besarion Xardzianinin qəsdən öldürülməsi işi üzrə təqsirləndirilən iki nəfərin – Ukrayna vətəndaşı, 29 may 1985-ci il təvəllüdlü Fərid Qurbanov və Rusiya Federasiyasının vətəndaşı, 4 sentyabr 1973-cü il təvəllüdlü Oleq Doyevin barəsində hökm çıxarıb. Xardzianinin qətlində təqsirli bilinənlər Gürcüstan ərazisini tərk etdikləri üçün indiyədək axtarış elan edilib. Ölümündən əvvəl iş adamı Besik Xardziani 2011-ci ilin fevralında narkotik cinayətlərində ittiham edilərək həbs edilib və 2012-ci ilin dekabrında həbsdən azad edilib.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Marneuli-Bolnisi yolunda minik avtomobili piyadanı vurub – Ölən var
Öncəki yazı
Ümumi təhsil pillələrində dəyişiklik edilib- Bundan sonra 9-cu sinif…