This is a specific ad

Gürcü ekspert: “Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

47

Another advertisement

“Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”.

QafqazTürk.com xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Ermənistan və Rusiya ilə birləşdirən yeganə yol – “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.

“Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək”, – ekspert vurğulayıb.

O, qeyd edib ki, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq:

“Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq”.

Politoloq qeyd edib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq:

“Çünki, rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”.

Kateqoriya: Siyasət
Sonrakı yazı
TRT müxbirinin evi canlı yayım zamanı bombalandı 
Öncəki yazı
Parisdə turistlərə silhalı hücum: Ölən və yaralananlar var