Another advertisement
“Gürcü arzusu”nun təşkil etdiyi 26 Oktyabr seçkiöncəsi kampaniyanın yekun tədbirinə vətəndaşları Kaxetidən Tbilisiyə aparan mikroavtobus qəza törədib.
QafqazTürk Media xəbər verir ki, məlumata görə, qəza nəticəsində bir neçə vətəndaş xəsarət alıb.
Yaralanan vətəndaşların Telavi klinikasına yerləşdirildiyi bildirilir.
Hadisə ilə bağlı Mülki Məcəllənin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə araşdırma aparılır.