“Şadam ki, dmanisili həmvətənlərimlə daha da sıx əlaqələr qurmaq imkanım olacaq”.
QafqazTürk Media xəbər verir ki, “Gürcü Arzusu Demokratik Gürcüstan” Partiyasının təmsilçisi Davit Şerazadişvili Dmanisi sakinləri ilə görüşüb.
“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Çalka təmsilçisi Davit Şerazadişvili Dmanisi bələdiyyəsinin Pantiani, Mtisdziri, Vaki, Zemo və Kvemo Orozman kəndlərinin sakinləri ilə görüşüb.
Nümayəndə əhali qarşısında gələcək planlardan danışaraq “Gürcü arzusu”nun həyata keçirdiyi layihə və proqramları ümumiləşdirib.
“Seçki kampaniyası çərçivəsində Dmanisi bələdiyyəsində daha bir görüş keçirdik. Bu dəfə Pantiani, Mtisdziri, Vaki, Zemo və Kvemo Orozman sakinləri ilə maraqlı və ürəkaçan söhbətimiz oldu.
Görüşdə gələcək planlardan, 26 oktyabr seçkilərinin əhəmiyyətindən danışdıq. “Gürcü arzusu”nun həyata keçirdiyi layihə və proqramları müzakirə etdik.
Dmanisi mənə yad deyil, bu yer mənim həyatımın bir parçasıdır, burada çox mühüm və maraqlı dövr keçirmişəm. Şadam ki, mənim dmanisili həmvətənlərimlə daha da sıx işgüzar əlaqələr qurmaq imkanım olacaq”, – Davit Şerazadişvili bildirib.
Qeyd edək ki, görüşdə Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili və Şəhər Şurasının sədri Paata Kuliaşvili də iştirak ediblər.