This is a specific ad

“Gürcü arzusu”nun nümayəndəsi Davit Şerazadişvili Çalka sakinləri ilə görüşüb

314

Another advertisement

Davit Şerazadişvili
“Gürcü Arzusu-Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Çalka təmsilçisi Davit Şerazadişvili Çalka bələdiyyəsinin Arvalno, Qumbati və Arçikani kəndlərinin sakinləri ilə görüşüb.

Nümayəndə əhali ilə gələcək planlardan danışıb, həmçinin kəndlərdə artıq həyata keçirilən layihələrin sona çatdığını bildirib.

“Görüşlərdə əhali yekdilliklə qeyd edir ki, ölkənin dinc inkişafı hər şeydən önəmlidir və inanıram ki, onların düzgün baxışını nəzərə alaraq, oktyabrın 26-da Çalka əhalisi öz sözünü deyəcək və biz birlikdə qalib gələcəyik. Mən isə qərarların qəbulu prosesində onların maraqlarının müdafiəçisi olacağam!” – Davit Şerazadişvili bildirib.

Görüşdə Çalka bələdiyyəsinin meri İlia Sabadze və Sakrebulo sədri İrakli Qiqineişvili də iştirak ediblər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Sabahdan etibarən bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Öncəki yazı
ქართული ოცნების“ დელეგატი დავით შერაზადიშვილი წალკის მოსახლეობას შეხვდა