This is a specific ad

“Gürcü Arzusu”: Zurabişvilinin partiya yaradaraq parlament seçkilərində iştirak planları var

54

Another advertisement

Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin sabiq Ombudsmanı Nino Lomcariya və sabiq Baş nazir Giorgi Qaxaria ilə birlikdə siyasi partiya yaradaraq parlament seçkilərində iştirak etmək planları var.

Qafqaztürk xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze yerli KİV-ə açıqlamasında bildirib.

O, belə bir partiyanın yaradılmasının Prezidentin öz işi olduğunu, lakin bu partiyanın uğur qazanmaq şansının olmadığını, 5 faizlik seçki baryerini keçə bilməyəcəyini əlavə edib.Kobaxidze qeyd edib ki, Prezident Konstitusiyanı pozmağa davam etsə, ona müvafiq cavab veriləcək.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin hazırda heç bir partiya mənsubiyyəti yoxdur. Bununla belə, 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanmasında hakim “Gürcü Arzusu” partiyasının ona dəstəyi həlledici rol oynayıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Hakimiyyət Baş nazirin müavininin Putinlə görüşməsini təkzib edib
Öncəki yazı
Türkiyə Yunanıstanın nəzarətindəki adanı geri alıb