Gürcü Arzusu tərəfindən qadağan edilməyəcək partiyaların siyahısı açıqlanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verir.
Aşağıdakı siyasi birliklər qadağan edilməyəcək:
- 
“Federalistlər” 
- 
“Droa” 
- 
“Girch” 
- 
“Qaxaria – Gürcüstan üçün” 
- 
“Strategiya Ağmaşenebeli” 
- 
“Avropa Gürcüstanı” 
Şalva Papuaşvilinin sözlərinə görə, indiki mərhələdə yuxarıda adları çəkilən partiyalara qadağa qoyulmasına ehtiyac yoxdur. O qeyd edib ki, adıçəkilən partiyaların siyasi proseslərə ciddi təsir göstərəcəyi təqdirdə, bu məsələ yenidən gündəmə gələ bilər.
