This is a specific ad

“Gürcü arzusu”- nun seçki proqramı bu tarixdə təqdim ediləcək

339

Another advertisement

“Gürcü arzusu” oktyabrın 1-də ictimaiyyətə yeni seçki proqramını təqdim edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze öz çıxışında qeyd edib.

Onun sözlərinə görə, partiyanın təqdim etdiyi proqram “eyni zamanda iddialı və həyata keçirilməsi mümkün olan bir proqram olacaq”.

“Oktyabrın 1-də biz “Gürcü arzusu”nun yeni seçki proqramını ictimaiyyətə təqdim edəcəyik. Bu, həm iddialı, həm də həyata keçirilə bilən yeganə proqram olacaq. Bizim seçki proqramımız Gürcüstanın bütün istiqamətlərdə irəliləyişini təmin edəcək: iqtisadi artımdan başlayaraq, xarici siyasi mövqelərimizin möhkəmlənməsinə qədər.

Ölkədə sülh və əmin-amanlıq olmasa, hər cür inkişaf mümkün deyil”, – deyə İrakli Kobaxidze bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İvanişvili: “Hər an Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etməyə hazır olmalıyıq”
Öncəki yazı
Dəhşətli qəza: Rikoti tunelində 5 avtomobil toqquşub